“Bakı” üçün ukraynalı gəlir
17.03.2012 - 00:02
Avropa Voleybol Konfederasiyası (CEV) “Çelenc Cup”ın yarımfinal mərhələsinin cavab oyunlarını idarə edəcək hakimlərin adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, CEV “Bakı” (Azərbaycan) – “Zuhl” (Almaniya) qarşılaşmasının taleyini ukraynalı Aleksey Skibitskiyə tapşırıb. Ona köməklik etmək isə Oqnian Tankişevə (Bolqarıstan) həvalə olunub.
“Lokomotiv” (Azərbaycan) – “Gent” (Belçika) matçında əsas referi funksiyasını Sinisa İsayloviç (Avstriya) yerinə yetirəcək. II hakim kimi isə ölkəmizə Monika Ujnazi (Macaristan) təşrif buyuracaq.
Qeyd edək ki, hər 2 komandamız ilk oyunda 3:0 hesabı ilə qalib gəlib. “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq ikinci görüşlər martın 18-də keçiriləcək.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0