“Qəbələ”nin son saniyələrdə qazandığı qələbə
17.03.2012 - 17:26
“Qəbələ”nin son saniyələrdə qazandığı qələbə
Bu gün keçirilən 4 oyunla Premyer Liqa klublarının əvəzedici komandaları arasında ölkə çempionatının XXIV turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun mərkəzi oyununun keçirildiyi Qəbələdə turnir cədvəlində ilk 2 pillənin sahibi görüşüb. “Qəbələ” son saniyələrdə vurduğu qələbə topu ilə “Neftçi”ni uzun fasilədən sonra məğlubiyyətlə barışdırıb. Qonaqlar liderliyini davam etdirsə də, qəbələlilər ondan artıq 2 xal geri qalır.

17 mart
"Qarabağ" - "Rəvan" – 2:3
Elmin Əlizadə, 25, Kamil Xanıyev, 40 - Rüfət Cəlilov, 9, Ceyhun Abdullayev, 21, Sergey Çernışev, 23

AZAL - "Bakı" – 0:1
Vasif Rzayev, 78

"İnter" - "Kəpəz" – 1:1
Fuad Bayramov. 79 - Emin Əliyev, 34

"Qəbələ" - "Neftçi" – 1:0
Rəşid Əmiraslanov, 90+3