“Lokomotiv” ardıcıl ikinci dəfə finalda!
18.03.2012 - 18:49
Bu gün Bakının “Lokomotiv” voleybol klubu “Çelenc Cup”da növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, “dəmiryolçular” yarımfinal mərhələsinin cavab matçında Belçikanın “Gent” klubunu qəbul ediblər.
Gözlənildiyi kimi oyun “Lokomotiv”in üstünlüyü şəraitində keçib. Səfərdə 3:0 hesabı ilə qələbə qazanan Draqutin Baltiçin yetirmələrinin Belçikada qazandığı uğuru Bakıda da təkrarlayıblar – 3:0. Onlar ötən mövsüm olduğu kimi bu dəfə də finala vəsiqə qazanıblar.
“Çelenc Cup”, 1/2 final mərhələsinin cavab matçı
18 mart
“LOKOMOTİV” (AZƏRBAYCAN) - “GENT” (BELÇİKA) - 3:0 (25:17, 25:22, 25:18)
Hakimlər: Sinisa İsayloviç (Avstriya), Monika Ujnazi (Macaristan)
İlk oyun: “GENT” (BELÇİKA) – “LOKOMOTİV” (AZƏRBAYCAN) - 0:3 (25:27, 24:26, 21:25)

0
0