Yığmamız ABŞ klubuna qalib gəldi
18.03.2012 - 10:17
Yığmamız ABŞ klubuna qalib gəldi
Qırğızıstanın Bişkek şəhərində kişi basketbolçular arasında “Novruz-2012” beynəlxalq turnirdə ilk turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yarışın ardıcıl 2 qat qalibi olan Azərbaycan milli komandası birinci matçında ABŞ-ın AİA klubunu sınağa çəkib.

Görüş Elxan Əliyevin yetirmələrinin 84:72 (18:15; 22:23; 18:14; 26:20) hesablı qələbəsi ilə yekunlaşıb. Matçın bombardiri yığmamızın üzvü Fuad Niftəliyev olub. O, komandamıza 30 xal qazandırıb.

Digər matçlarda MOİK (Qazaxıstan) Özbəkistan yığmasına 90:78, “UrFU” (Rusiya) Qırğızıstan millisinə 99:82 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, martın 21-nə kimi davam edəcək turnirin ikinci oyun günündə komandamız MOİK-lə qarşılaşacaq.