Reqinald Rayt: “Azərbaycan yığması ilə oyun bizim üçün yaxşı dərs oldu”
18.03.2012 - 11:26
“Biz yaxşı oynamağa çalışdıq. Lakin qələbə qazana bilmədik”. Apasport.az saytının məlumatına görə, bunu ABŞ-ın AİA klubunun basketbolçusu Reqinald Rayt deyib.
“Novruz-2012” beynəlxalq turnirində Azərbaycan yığması ilə qarşılaşmada komandasının heyətində bombardir olan Rayt 72:84 hesablı məğlubiyyətə münasibət bildirib: “Matça asta templə başladıq. Lakin ikinci hissədə sürəti artırdıq. Sonra yenə təcrübəli oyunçularımız bir sıra səhvlər yol verdi ki, bu da oyunun taleyini həll etdi. Bu bizim üçün yaxşı bir dərs oldu. İnanıram ki, Azərbaycanla oyundan nəticə çıxarıb növbəti 4 qarşılaşmada daha yaxşı çıxış edəcəyik”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0