Yenə Nansi Metkalf!
18.03.2012 - 19:49
“Çelenc Cup”ın yarımfinal mərhələsinin “Lokomotiv” (Azərbaycan) – “Gent” (Belçika) matçının ən yaxşı voleybolçusu məlum olub. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi oyunun qəhrəmanı yenə Nansi Metkalf olub.
Amerikalı legionerimiz bu dəfə komandamıza 18 xal qazandırıb. “Lokomotiv”in digər voleybolçuları - Kremena Kamenova 13, İvana Miloş 11, Aleksnadra Samoylova 8, Elişa Tomas 5, Diana Nenova 3 və Mariya Filipova 1 dəqiq zərbəyə sevinib.
“Gent”in heyətində isə Els Vandestine fərqlənib. O, “Lokomotiv”dən 15 xal almağı bacarıb.
Qeyd edək ki, hər 2 matçda 3:0 hesabı ilə qələbə qazanan “dəmiryolçular” finala yüksəliblər.

0
0