Aleksandr Niçayev yığmamıza məğlubiyyətin səbəbini açıqladı
18.03.2012 - 20:08
Qazaxıstanın MOİK basketbol klubunun baş məşqçisi Aleksandr Niçayev Qırğızıstanda keçirilən “Novruz-2012”də Azərbaycan milli komandası ilə oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis yığmamızın güclü olduğunu etiraf edib.
O bildirib ki, məğlub olmalarında əsas səbəb müdafiədə və hücumda zəif oynamaları olub: “Bu oyun bizim üçün çox uğursuz oldu. Bacardığımızı edə bilmədik. Azərbaycanlılar isə çox güclü və təcrübəlidirlər. Onlar Avropa çempionatında iştirak edəcəklər. Turnirin səviyyəsi isə çox yüksəkdir. Burada hər şey gözəldir və bizi qane edir”.
Qeyd edək ki, Elxan Əliyevin yetirmələri rəqiblərinə 86:69 hesabı ilə qalib gəlib.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0