“Bakı”nı bu dəfə Reqan Hud sevindirdi
19.03.2012 - 00:00
“Bakı”nı bu dəfə Reqan Hud sevindirdi
“Çelenc Cup”ın yarımfinal mərhələsinin “Bakı” (Azərbaycan) – “Zuhl” (Almaniya) görüşünün ən yaxşı voleybolçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, paytaxtın eyni adlı təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi oyunun qəhrəmanı Reqan Hud olub.

O, rəqibi 17 dəqiq zərbə ilə cəzalandırıb. Ancelo Vercesinin digər yetirmələrindən - Rafaella Kalloni 11, Renata Kolombo 10, İnqrid Visser 7, Barboza Cibele 6 və Bilyana Gliqoroviç 4 dəfə rəqibi məyus edib.

“Zuhl”un heyətində isə ilk matçda olduğu kimi yenə Martina Utla fərqlənib. O, bu dəfə 11 xal toplayıb.

Qeyd edək ki, hər 2 matçda qalib gələn “Bakı” finala vəsiqə qazanıb.