“Təəssüf ki, ölkəmizdə məhz basketbol üzrə turnirlər keçirilmir”
19.03.2012 - 10:02
“Təəssüf ki, ölkəmizdə məhz basketbol üzrə turnirlər keçirilmir”
“Biz oyuna ciddi köklənmişdik. Çünki MOİK-in bir gün öncəki matçını izləmişdik”. Apasport.az saytının məlumatına görə, bu fikirlər kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məqşçisi Elxan Əliyevə məxsusdur.

Təcrübəli mütəxəssis Bişkek şəhərində keçirilən “Novruz-2012”də Qazaxıstanın MOİK klubu ilə oyuna münasibət bildirib: “İlk 20 dəqiqədən sonra 20 xallıq fərq göstərdi ki, qazaxlar oyuna ilk turdakı kimi köklənməmişdilər. Bu gənc oyunçularımıza oynamaq imkanı yaratdı. Onlara da təcrübə yığmaq lazımdır. Təəssüf ki, ölkəmizdə məhz basketbol üzrə belə turnirlər keçirilmir. Biz hər il Qırğızıstanda keçirilən bu yarışa gəlirik. Komandaların turnirə münasibəti çox xoşumuza gəlir. Yarışın səviyyəsi ildən-ilə artıq. Bu isə tədbirin özünün nəticələrində və baxımlığında əks etdirir”.

Qeyd edək ki, yığmamız MOİK-ə 86:69 hesabı ilə qalib gəlib.