Millimiz Özbəkistana da gücünü göstərdi - YENİLƏNİB
19.03.2012 - 15:55
Millimiz Özbəkistana da gücünü göstərdi - YENİLƏNİB
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında “Novruz-2012” beynəlxalq turnirində bu gün III turun oyunları baş tutub. Apasport.az saytının məlumatına görə, yarışın ikiqat qalibi olan Azərbaycan milli komandası Özbəkistan yığması ilə gücünü yoxlayıb.

İlk 2 görüşündə ABŞ-ın AİA və Qazaxıstanın MOİK klubunu məğlub edən Elxan Əliyevin yetirmələrinin bu dəfə də gözlənildiyi kimi qələbə qazanıblar. Onlar hələ də 2 xala həsrət qalan özbəkləri 81:67 hesabı ilə məğlub ediblər.

AZƏRBAYCAN – ÖZBƏKİSTAN - 81:67
Bişkek, Kojomkula İdman Sarayı

Qeyd edək ki, hələ komandamız kimi yalnız Rusiyanın “UrFU” klubu bütün görüşlərini qələbə ilə başa vurub.