Bakıda keçiriləcək “Dördlər finalı”nın təqvimi açıqlandı
19.03.2012 - 12:29
Qadın voleybolçular arasında Bakıda keçiriləcək Çempionlar Liqasının “Dördlər finalı”nın təqvimi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, Türkiyənin “Fənərbaxça”, İtaliyanın “Villa Kortese”, Rusiyanın “Dinamo” (Kazan) və Fransanın “Kann” klublarının qatılacağı həlledici mərhələ martın 24-də saat 16:30-da start götürəcək.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin final görüşü isə bir gün sonra saat 19:00-da başlayacaq.
24 mart
Yarımfinallar
16:00. “Kann” – “Villa Kortese”
19:30. “Fənərbaxça” – “Dinamo”
25 mart
Üçüncü yer uğrunda
16.00. Yarımfinallarda məğlub olanlar
Final
19:00. Yarımfinalda qalib gələnlər
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın “Azərreyl” və “Rabitə” komandaları 1/4 finalda mübarizəni dayandırıblar.

0
0