Novruz bayramında Azərbaycan derbisi
20.03.2012 - 00:05
Sabah qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutacaq XIV turun mərkəzi qarşılaşması “Azərreyl” və “Rabitə” arasında olacaq.
İlk dövrədən fərqli, hər 2 komanda Çempionlar Liqası ilə vidalaşdığından derbi gərgin oyun vəd edir. Lakin “Azərreyl”in ötən mövsüm də daxil olmaqla rəqibi ilə bacarmaması qarşılaşmaya bir qədər marağa azaldır. Düzdür, “dəmiryolçular”ın bu dəfə əsas heyətlə oynayacaqları istisna edilmir. Lakin yenə son Azərbaycan çempionunun derbini asan qazanacağı proqnozlaşdırılır. Çünki “Rabitə” Çempionlar Liqasında çıxış edəndən hələ uduzmayıb. Bu azmış kimi onlar Super Liqanın da cari mövsümündə yeganə məğlubedilməz klubdur.
Günün ilk – “İqtisadçı” – “Lokomotiv Biləcəri” matçında birincilərin asan qələbə qazanacağı gözləniləndir. Çünki artıq pley-offa yüksəlmək şansını itirən və hələ bir oyunda 2 xal qazanmayan debütantın bu dəfə sensasiya etməsi inandırıcı deyil.
Digər qarşılaşmada da “Lokomotiv”in “Azəryolservis”ə qalib gələcəyi şübhə doğurmur. Onlar “Çelenc Cup”ın finalına yüksəlmələrini məhz debütatla oyunda da qeyd edərək, gözəl oyun nümayiş etdirməyə çalışacaqlar. Bu həm də onların yekunda “İqtisadçı”nı qabaqlamasına yol aça bilər.
21 mart
XIV tur
15:00. “İQTİSADÇI” – “LOKOMOTİV BİLƏCƏRİ”
İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “İQTİSADÇI” - 0:3 (11:25, 20:25, 17:25)
17:00. “LOKOMOTİV” – “AZƏRYOLSERVİS”
İlk oyun: “AZƏRYOLSERVİS” – “LOKOMOTİV” - 0:3 (18:25, 22:25, 11:25)
19:00. “AZƏRREYL” – “RABİTƏ”
İlk oyun: “RABİTƏ” – “AZƏRREYL” - 3:0 (25:14, 25:21, 25:20)
Qeyd edək ki, IV turdan təxirə salınan “Rabitə” – “Lokomotiv” görüşünün hələ tarixi dəqiqləşməyib.

1. | Rabitə | 10 | 10 | 0 | 30-2 | 20 |
---|---|---|---|---|---|---|
2. | Azərreyl | 11 | 9 | 2 | 29-13 | 20 |
3. | Bakı | 12 | 7 | 5 | 26-18 | 19 |
4. | İqtisadçı | 11 | 5 | 6 | 16-22 | 16 |
5. | Lokomotiv | 10 | 5 | 5 | 20-15 | 15 |
6. | Azəryolservis | 11 | 2 | 9 | 11-28 | 13 |
7. | Lokomotiv Biləcəri | 11 | 0 | 11 | 1-33 | 11 |

0
0