“Azərbaycan onlar üçün doğma ölkəyə çevrilib”
20.03.2012 - 12:00
“Bakı”nın və Azərbaycan millisinin voleybolçusu Natəvan Qasımovanın apasport.az saytına müsahibəsi
- “Çelenc Cup”ın finalına çıxmağınız münasibətilə sizi təbrik edirik. Almaniyanın “Zulh” klubu ilə yarımfinal matçları barədə təəssüratlarınız necədir?
- Özümüzü xoşbəxt hiss edirik. İlk oyuna gedəndə haradasa təhlükəli rəqib hesab olunurdu. Çünki Çempionlar Liqasında son qalib “Vakıfbank TTelekom” “Kann”ı çox asan məğlub etdi. Lakin bundan haradasa arxayınçılıq yarandı və səfərdə gözlənilmədən uduzdu. Bizim məşqçi də həmişə belə amilləri əsas gətirir və oyuna lazımı konsentrasiya olmağımızı istəyir. Bunun üçün hər bir oyuna bütün gücümüzü qoyub çıxırıq. Ona görə də Almaniyada ilk 2 setdə bir qədər çətin olsa da, 3:0 hesablı qələbə qazandıq. İkinci matçda isə rəqibin artıq gücünə bələd idik. Artıq oyunun videoyazısını da izlədikdən sonra hansı voleybolçunun hara vurduğunu, topu necə qəbul etdiyini öyrənmişdik. Bunun üçün də cavab oyununda asan qələbə qazandıq.
- “Bakı” “Çelenc Cup”da və ümumiyyətlə, avrokubokda bu mövsüm debüt etdi. Əvvəlcədən finala kimi irəliləyəcəyinizə ümidiniz var idimi?
- Püşk atılandan sonra əsas rəqib kimi 1/4 finalda qarşılaşdığımız Rusiyanın “Omiçka” klubunu görürdük. Bir az onlardan ehtiyatlanırdıq. Çünki onların gücü çoxlarına bəlli idi. Hamı yaxşı kollektiv malik olduğunu deyirdi. Hətta onların çoxunun uzunboy olduğu üçün öhdəsindən gələ bilməyəcəyimizi də söyləyirdilər. Bizdə isə “Omiçka” ilə müqayisədə boy bir az balacadır. Bunun üçün onları keçəcəyimizə bəziləri ümidlərini üzmüşdülər. Lakin onlardan güclü olduğumuzu göstərdik. Bundan sonra bilirdik ki, finala yüksələcəyik. Bu mərhələdə isə “Lokomotiv”lə oynayacağımızı dəqiqləşdirmişdik.
- “Lokomotiv” digər rəqiblərinizlə müqayisədə sizə daha tanışdır. Onlarla oyunlardan nə gözləyirsiz?
- “Lokomotiv” ötən mövsüm Super Liqada “İqtisadçı”ya uduzurdu. Mən İtaliyadan həmişə oyunları izləyirdim. Həmişə onlar 3:0, 3:1 hesabı ilə məğlub olurdu. Lakin “Lokomotiv” “Çelenc Cup”da “İqtisadçı”nı mübarizədən kənarlaşdırdı. Ona görə da avrokubok oyunu barədə nəsə demək çətindir. Düzdür, bu mövsüm onlara qalib gəlmişik. Amma final çətin olacaq. Buna baxmayaraq, “Lokomotiv”ə qalib gələcəyimizə inanıram.
- Amma onlar ötən mövsüm finalda “Azərreyl”ə uduzduqlarından bu dəfə sizin üçün elə də asan olmayacaq. Çünki “dəmiryolçular” kubok üçün alışıb, yanırlar...
- Bilirəm, onlar da bütün güclərini qoyacaqlar ki, bu dəfə qalib olsunlar. Bizim üçün də “Lokomotiv”lə oynamaq daha ağırdır. Çünki rəqibi tanıyırıq. İnşallah, sevinən tərəf biz olarıq.
- Rəqibin heyətində çəkindiyiniz voleybolçular varmı?
- Onların əsas oyunçusu Nansi Metkalfdır. Amma 230 sm boyu olan “Omiçka”nın voleybolçusunun qarşısını ala bildiksə, onu da dayandıra bilərik.
- Yəqin ki, “Bakı” rəhbərliyi sizi stimullaşdırmaq üçün qalib olacağınız halda artıq mükafatı açıqlayıb...
- Yox, hələ heç bir mükafat açıqlanmayıb. Əlbəttə ki, kuboku götürsək bu, olacaq.
- Bəs Super Liqa barədə nə deyə bilərsiz? Çünki çempionatda stabil oynamırsız: müəyyən müddət qələbələri sıralayırsız, ardınca məğlubiyyətdən qaça bilmirsiz...
- Super Liqada “Azərreyl”, “Rabitə” Çempionlar Liqasında oynayan komandalardır, heyətlərində ulduz voleybolçular çıxış edir. Bizdə isə elə də tanınmış oyunçular olmasa da, onlarla başabaş oynayırıq. İnşallah, pley-offda bütün rəqiblərimizə qalib gələrik, biz o gücdəyik. Komandada ola bilir ki, yüksəliş olur, bir az sonra eniş də hiss edilir. Yəni bizim klub artıq yüksəlişdədir.
- “Bakı”nın heyətinin əsasını legionerlər təşkil edir. Maraqlıdır, onlar Azərbaycan və ya Super Liqa barədə nə deyirlər?
- İnanırsız, onların hansından soruşanda ki, növbəti mövsümdə harada oynamağı düşünürsən, hamısı Azərbaycanda qalmaq istədiklərini deyirlər. Bu olmasa Türkiyə variantına üstünlük verəcəklərini bildirirlər. Başqa ölkələri düşünmürlər. Çünki Azərbaycan onlar üçün artıq çox doğma ölkə olub. Burada hansısa çətinlik çəkmirlər, nəsə olanda kömək istəyirlər. Bunun üçün də öz vətənləri kimi sayırlar ölkəmizi.
- Bəs siz növbəti mövsüm barədə nə fikirləşirsiz? Yenidən legioner həyatı yaşayacaqsız, yoxsa “Bakı”da qalacaqsız?
- Başqa ölkəyə gedib, getməyəcəyimi bilmirəm. Amma “Bakı”da da qalacağım dəqiq deyil.
- Necə, yəni növbəti mövsüm üçün hələ təklif almamısız?
- Ortada hələ nəsə yoxdur. Amma baxacağam, növbəti mövsüm daimi oynamaq üçün başqa komandaya keçmək, ya da “Bakı”da qalmaq variantına. Bu baxır klubun təklifinə, bir də mənim öz fikrimə.
- Onda başqa təklif alsanız, dəyərləndirəcəksiz?
- Bəli. “Bakı”dan hələ təklif gəlməyib. Lakin başqa komandalardan da gəlsə, dəyərləndirəcəyəm. Təbii ki, ilk olaraq öz komandamın.
- Bəlkə “Bakı” artıq növbəti mövsümün planını cızmağa başlayıb, onun üçün belə deyirsiz?
- Yox, heç də belə şey yoxdur. Çünki hələ mövsüm bitməyib, heç bir komanda hələ transfer etməyə tələsmir.

0
0