Yenə məğlubiyyət
21.03.2012 - 18:26
Bu gün qadın həndbol yığmaları arasında AÇ-2013-ün seçmə qrup mərhələsi çərçivəsində 3-cü turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, baş məşqçisi Rəfiqə Şabanova olan Azərbaycan yığması "ABU-Arena"da Belarus millisi ilə qarşılaşıb. Xorvatiyalı Yelena Crnoyeviçin idarə etdiyi oyunda millimiz 10 top fərqilə məğlub olub – 21:31.
Yığmamızın Belarusla cavab oyunu martın 25-də Belarusun Mogilyov şəhərindəki "Olimpiya" idman arenasında olacaq. Yığmamız yer aldığı qrupda bunadək 2 görüş keçirmişdi. Səfərdə Macarıstan yığmasına 19:49 hesabla uduzan həndbolçularımız evdə almanlarla bacarmamışdı - 16:34. Millimiz kimi ilk 2 oyunda məğlubiyyət alan Belarus yığması ilk qələbəsini autsayderlərin Bakıdakı duelində əldə etdi.
1. Almaniya 2 2 0 0 61-35 4
2. Macarıstan 2 2 0 0 69-44 4
3. Belarus 3 1 0 2 75-76 2
4. Azərbaycan 3 0 0 3 56-106 0

0
0