“Rabitə” yenə “Azerreyl”ə gücünü göstərdi
22.03.2012 - 17:01
“Rabitə” yenə “Azerreyl”ə gücünü göstərdi
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında II dövrəyə yekun vurulub. Apasport.az saytının məlumatına görə, “Sərhədçi” Olimpiya Mərkəzində baş tutan XIV turun mərkəzi oyunu “Azərreyl” və “Rabitə” arasında olub.

İlk dövrədən fərqli, hər 2 komanda Çempionlar Liqası ilə vidalaşdığından derbi gərgin oyun vəd edirdi. Lakin “Azərreyl”in ötən mövsüm də daxil olmaqla rəqibi ilə bacarmadığını yenidən özünü göstərib. Təsadüfi deyil ki, komanda “Rabitə”yə ilk dövrədə olduğu kimi 0:3 hesabı ilə uduzaraq, yenə 1 set belə qazanmayıb. Nəticədə liderliyini möhkəmlədən dünya çempionları cari mövsümdə yeganə məğlubedilməz komanda olaraq qalır.
Gözlənildiyi kimi, “İqtisadçı” – “Lokomotiv Biləcəri” matçında birincilərin asan qələbəsi ilə nəticələndi. “Lokomotiv”in “Azəryolservis”lə oyunda isə az qalan sensasiya baş verəcəkdi. Belə ki, hesabda 2:0 irəlidə olan debütanta matçı qalib kimi başa vurmaq üçün 1 seti qazanmaq lazım idi. Ancaq “Çelenc Cup”ın finalına yüksələn “Lokomotiv” əzmkarlıq göstərərək, 3 setdə qazanmaqla, matçı qalib başa vurdu.
21 mart
XIV tur

“İQTİSADÇI” – “LOKOMOTİV BİLƏCƏRİ” – 3:0 (25:19, 25:19, 25:15)İlk oyun: “LOKOMOTİV BİLƏCƏRİ” – “İQTİSADÇI” - 0:3 (11:25, 20:25, 17:25)

“LOKOMOTİV” – “AZƏRYOLSERVİS” – 3:2 (16:25, 20:25, 25:17, 26:24, 15:5)
İlk oyun: “AZƏRYOLSERVİS” – “LOKOMOTİV” - 0:3 (18:25, 22:25, 11:25)

“AZƏRREYL” – “RABİTƏ” – 0:3 (21:25, 14:25, 23:25)
İlk oyun: “RABİTƏ” – “AZƏRREYL” - 3:0 (25:14, 25:21, 25:20)


1.

Rabitə

11

11

0

33-2

22

2.

Azərreyl

12

9

3

29-16

21

3.

Bakı

12

7

5

26-18

19

4.

İqtisadçı

12

6

6

19-22

18

5.

Lokomotiv

11

6

5

23-17

17

6.

Azəryolservis

12

2

10

13-30

14

7.

Lokomotiv Biləcəri

12

0

12

1-36

12



Qeyd edək ki, IV turdan təxirə salınan “Rabitə” – “Lokomotiv” görüşünün hələ tarixi dəqiqləşməyib.