Avropanın ən güclüsü Bakıda müəyyənləşir
23.03.2012 - 10:20
Sabah qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”na start veriləcək. Apasport.az saytının məlumatına görə, Bakıda keçiriləcək həlledici mərhələnin oyunları Azərbaycan təmsilçisi olmadan baş tutacaq.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçiriləcək turnirin qalibi adı uğrunda isə Türkiyənin “Fənərbaxça”, İtaliyanın “Villa Kortese”, Rusiyanın “Dinamo” (Kazan) və Fransanın “Kann” klubları mübarizə aparacaq. Turnirin açılış matçı martın 24-də saat 16:00-da start götürəcək. Final görüşü isə bir gün sonra saat 19:00-da başlayacaq.
24 mart
Yarımfinallar
16:00. “Kann” – “Villa Kortese”
19:30. “Fənərbaxça” – “Dinamo”
25 mart
Üçüncü yer uğrunda
16.00. Yarımfinallarda məğlub olanlar
Final
19:00. Yarımfinalda qalib gələnlər
Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın “Azərreyl” və “Rabitə” komandaları 1/4 finalda mübarizəni dayandırıblar.

0
0