“Azərbaycan yığmasına qalib gəlmək qəhrəmanlıq deyil”
23.03.2012 - 13:20
“Azərbaycan yığmasının xətrinə dəymək istəmirəm. Lakin deməliyəm ki, onların ustalıq səviyyəsi bizim komandadan aşağıdır. Bu üzdən Azərbaycan yığmasına qalib gəlmək qəhrəmanlıq deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadın həndbolçulardan ibarət Belarus yığmasının baş məşqçisi Leonid Brazinski deyib.
O, Avropa çempionatının seçmə mərhələsinin Azərbaycan yığması ilə Bakıdakı oyunu haqda fikirlərini açıqlayıb: “Biz qrupdan çıxmaq ümidimizi itirməmişik. Buna görə də Bakıdan 2 xalla qayıtmağa borclu idik. Lakin Almaniya və Macarıstan səviyyəsinə çatmaq üçün hələ çox çalışmalıyıq. Ümumilikdə komandamızdan razı qaldım. Lakin hücum xəttindən tam yox. Ön xətdə aqresivlik, kəsərliliyin daha çox olmasını istəyərdim”.
Qeyd edək ki, Belarus yığması Bakıda 31:21 hesabı ilə qalib gəlib.

0
0