Çempionlar Liqası: Bakıda kim qalib gələcək?
24.03.2012 - 05:37
Çempionlar Liqası: Bakıda kim qalib gələcək?
Bu gün Bakıda daha bir mötəbər turnir start götürəcək. Apasport.az saytının xəbərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nda ilk yarımfinal qarşılaşmaları keçiriləcək.

Ən güclülərin mübarizəsində Türkiyənin “Fənərbaxça”, İtaliyanın “Villa Kortese”, Rusiyanın “Dinamo” (Kazan) və Fransanın “Kann” klubları qüvvəsini sınayacaq. Əvvəlcə meydana “Kann” və “Villa Kortase” komandaları çıxacaq. Ardından isə “Fənərbaxça” “Dinamo” ilə üz-üzə gələcək.


24 mart
Yarımfinallar

16:00. “Kann” – “Villa Kortese”
19:30. “Fənərbaxça” – “Dinamo”

25 mart
Üçüncü yer uğrunda
16.00. Yarımfinallarda məğlub olanlar

Final
19:00. Yarımfinalda qalib gələnlər

Qeyd edək ki, Çempionlar Liqasında Azərbaycanın “Azərreyl” və “Rabitə” komandaları 1/4 finalda mübarizəni dayandırıblar.