Təsnifat mərhələsinin məğlubedilməzi
24.03.2012 - 09:54
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında IV turun təxirə salınmış “Rabitə” – “Lokomotiv” matçı ilə təsnifat mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Gənclik Olimpiya İdman Kompleksində baş tutan oyun son Azərbaycan çempionunun inamlı qələbəsi ilə yekunlaşıb.
Düzdür, “dəmiryolçular” matça daha yaxşı başlayıblar. Onlar bunun nəticəsi olaraq, ilk seti hesablarına yazıblar – 31:29. Lakin bundan sonra öz oyununu tapan Zoran Qayiçin yetirmələri “Lokomotiv”ə göz açmağa imkan verməyiblər. Ardıcıl 3 setdə qələbə qazanan “Rabitə” təsnifat mərhələsini məğlubiyyətsiz başa vuran yeganə komanda olub.
IV turun təxirə salınmış oyunu
“RABİTƏ” – “LOKOMOTİV” – 3:1 (29:31, 25:11, 25:20, 25:13)

1. | Rabitə | 12 | 12 | 0 | 36-3 | 24 |
2. | Azərreyl | 12 | 9 | 3 | 29-16 | 21 |
3. | Bakı | 12 | 7 | 5 | 26-18 | 19 |
4. | Lokomotiv | 12 | 6 | 6 | 24-20 | 18 |
5. | İqtisadçı | 12 | 6 | 6 | 19-22 | 18 |
6. | Azəryolservis | 12 | 2 | 10 | 13-30 | 14 |
7. | Lokomotiv Biləcəri | 12 | 0 | 12 | 1-36 | 12 |
- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0