Avrokubokda Azərbaycan duelinin vaxtı açıqlandı
24.03.2012 - 10:17
Qadın voleybolçular arasında “Çelenc Cup” turnirinin final mərhələsinin oyunlarının vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələdə qarşılaşacaq Azərbaycan klubları – “Bakı” və “Lokomotiv” ilk görüşlərinə martın 28-də çıxacaqlar.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində baş tutacaq matç saat 19:00-da başlayacaq.
“Dəmiryolçular” isə rəqiblərini aprelin 1-də qəbul edəcəklər. Eyni arenada olacaq oyunun start fiti saat 18:00-da veriləcək.
Qeyd edək ki, ötən mövsümdə də “Çelenc Cup”ın finalında Azərbaycan dueli olmuşdu. Həmin vaxt “Azərreyl” “Lokomotiv”ə qalib gəlmişdi.

0
0