Super Liqanın pley-off mərhələsinə yüksələn komandalar dəqiqləşdi
24.03.2012 - 10:44
Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında pley-off mərhələsinə yüksələn komandaların adları məlum olub. Apasport.az saytının məlumatına görə, 12 turunun yekununa əsasən “Rabitə”, “Azərreyl”, “Bakı”, “Lokomotiv” və “İqtisadçı” medallar uğrunda mübarizəni davam etdirəcəklər.
Onlar pley-off mərhələsinə xalsız başlayacaqlar və 2 turdan ibarət olacaq yarışda ən çox xal toplayacaq komanda Azərbaycan çempionu adını qazanacaq. Növbəti mərhələnin aprelin 1-ci həftəsində start götürəcəyi gözlənilir.
Təsnifat mərhələsindən sonra debütantlar – “Azəryolservis” və “Lokomotiv Biləcəri” isə yarışı vaxtından əvvəl dayandırmalı olublar.
Qeyd edək ki, pley-off mərhələsinə yüksələ bilməyən bu 2 komanda ilk “5-lik”də yer alan klubların heç birinə qalib gələ bilməyib.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0