“Azərbaycanla matçda yaxşı oyun göstərmək üçün meydana çıxacağıq” - FOTO
24.03.2012 - 13:12
“Azərbaycan milli komandasını yaxşı analiz etmişdik. Çünki onların heyətində çox güclü oyunçuların çoxu barədə ətraflı məlumatım var idi”. Apasport.az saytının məlumatına görə, bunu qadın həndbolçulardan ibarət Belarus milli komandasının baş məşqçisi Leonid Brazinski deyib.
Təcrübəli mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Azərbaycanla oyunları şərh edib. O bildirib ki, Bakıda keçirilən ilk oyunda 10 top fərqi (31:21) ilə qələbə qazanmalarına baxmayaraq, Mogilyovda cavab matçında daha yaxşı çıxış etməyi planlaşdırırlar: “Bakıdakı ilk oyun bizim üçün çox uğurlu alındı. Konsentrasiyanı itirmədik və layiqli qələbə qazandır. Martın 25-də də biz sadəcə qalib gəlmək üçün deyil, yaxşı oyun nümayiş etdirmək üçün meydana çıxacağıq. İnanıram ki, azarkeşlərimiz də bizi tək buraxmayacaqlar”.

0
0