Macarıstan yığması mayda Bakıya gələcək
24.03.2012 - 14:58
Macarıstan yığması mayda Bakıya gələcək
Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandasının Macarıstan yığması ilə qarşılaşacağı tarix müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın yetirmələri rəqiblərini mayın 30-da qəbul edəcəklər.

ABU-Arenada baş tutacaq görüş saat 17:00-da başlayacaq.

Qeyd edək ki, qrup mərhələsində 3 oyun keçirən yığmamız hələ də qələbə qazana bilməyib. Macarlar isə ilk matçda komandamıza 41:19 hesabı ilə qalib gəliblər.