Bakı klubunun sabiq oyunçusu “Fənərbaxça” ilə görüşəcək
25.03.2012 - 08:50
Bakı klubunun sabiq oyunçusu “Fənərbaxça” ilə görüşəcək
Bakıda daha bir mötəbər turnir start götürüb. Apasport.az saytının xəbərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nda ilk yarımfinal qarşılaşmaları keçirilib. Hər 2 matç eyni hesabla nəticələnib. 1989-1993-cü illərdə Bakının BZBK klubunda çıxış edən 36 yaşlı fransalı Viktoriya Ravvanın lideri olduğu “Kann” italyanların öhdəsindən asanlıqla gəlib. Digər yarımfinal oyununda isə ÇL-dəki təmsilçilərimizin – “Rabitə” ilə “Azerreyl”in finala yolunu bağlayan “Fənərbaxça” ilə “Dinamo” görüşüb. Kazanlılar ilk seti qazansa da, türklər əzmkarlıq göstərərək, qalib gəlib.


24 mart
“Kann” (Fransa) – “Villa Kortese” (İtaliya) – 3:1 (25:17, 26:24,27:29, 25:15)
“Dinamo” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) – 1:3 (25:17, 23:25, 17:25, 18:25)

Qeyd edək ki, bu gün ilk olaraq 3-cü yer uğrunda oyunda “Villa Kortese” ilə “Dinamo”, ardından final matçında “Kann”la “Fənərbaxça” üzləşəcək.