Yekaterina Qamova Bakıda mükafat qazandı
25.03.2012 - 17:25
Yekaterina Qamova Bakıda mükafat qazandı
Bakıda keçirilən mötəbər turnirin ilk mükafatçısı müəyyənləşib. Apasport.az saytının xəbərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqasının “Dördlər finalı”nda bu gün ilk olaraq 3-cü yer uğrunda matç keçirilib. Yekaterina Qamovanın lideri olduğu Kazan təmsilçisi rəqibini yenməkdə elə də çətinlik çəkməyib. İlk 2 seti asanlıqla qazanan “Dinamo” sonradan tay-brekdə uduzsa da, 4-cü hissəni yekun qələbəni rəsmiləşdirib. Bununla da “Azerrreyl”in “Dördlər finalı”na çıxmağına imkan verçəyən Qamovanın komandası yarışın bürünc medalçısı olub.

25 mart
“Dinamo” (Rusiya) - “Villa Kortese” (İtaliya) – 3:1 (25:13, 25:17, 24:26, 25:23)

Qeyd edək ki, saat 19:00-da başlayacaq final matçında “Kann”la “Fənərbaxça” üzləşəcək