Bakıdakı “Dördlər finalı”nın qalibi müəyyənləşdi
25.03.2012 - 19:32
Bakıdakı “Dördlər finalı”nın qalibi müəyyənləşdi
Bakıda keçirilən daha mötəbər turnirə yekun vurulub. Apasport.az saytının xəbərinə görə, Heydər Əliyev adına İdman-Konsert Kompleksində qadın voleybolçular arasında Çempionlar Liqasının (ÇL) “Dördlər finalı”nın qalibi “Fənərbaxça” olub. Türkiyə təmsilçisi vaxtilə Bakıda oynamış fransalı Viktoriya Ravvanın lideri olduğu “Kann”a set vermədən qalib gəlib.

Bununla da ardıcıl 2-ci ÇL-nin qalibi qardaş ölkənin təmsilçisi olub. Belə ki, ötən mövsüm İstanbulda keçirilən “Dördlər finalı”nın həlledici oyununda “Vakıfbank TTelekom” Bakının “Rabitə” klubuna qalib gəlmişdi. Onda “Fənər” yarışın qalibi olan həmyerlilərinə yaımfinalda yenilsə də, bu dəfə hamıdan güclü oldu. “Rabitə” kimi dünya çempionu olan İstanbul təmsilçisi cari mövsümdə yeganə məğlubiyyətini komandamızdan aldı, onun qrupunda 1-ci oldu və “Dördlər finalı”na yolunu bağladı.


25 mart
“Fənərbaxça” (Türkiyə) - “Kann” (Fransa) – 3:0 (25:14, 25:22, 25:21)

Dünən başlayan turnirdə 3-cü yeri “Dinamo” (Rusiya), 4-cü pilləni “Villa Kortese” (İtaliya) tutub. Final oyunundan sonra turnirin mükafatlandırma və bağlanış mərasimi keçilirib. Komandalarla yanaşı, müxtəlif nominasiyalarda fərqlənən oyunçular mükafatlandırılıb. Kuboku Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Andre Mayer qəbul alan “Fənərbaxça”nın koreyalı legioneri Yeon-Kounq Kim həm ən yaxşı hücumçu, bombardir, həm də turnirin ən yaxşı oyunçusu olub.