Yığmamızdan növbəti məğlubiyyət
26.03.2012 - 08:58
Yığmamızdan növbəti məğlubiyyət
Qadın həndbolçular arasında Avro-2012-nin seçmə mərhələsinin növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, ilk 3 matçında məğlub olan Azərbaycan milli komandası Belarus yığmasının qonağı olub.

Rəfiqə Şabanovanın yetirmələri bu dəfə də meydanı xalsız tərk ediblər. Belə ki, belaruslular Mogilyovda keçirilən matçda 25:33 (13:18) hesabı ilə qalib gəliblər.

Qrupumuzda baş tutan digər oyunda isə Almaniya Macarıstanı 26:18 hesabı ilə məğlub edib.

Beləliklə, 4 turdan sonra Almaniya və Macarıstan yığmalarının 6, Belarus millisinin 4 xalı var. Təmsilçilərimiz isə hələ xala həsrətdirlər.

Qeyd edək ki, Belarus millisi ilk oyunda həndbolçularımıza 31:21 hesabı ilə qalib gəlib.