22 xalın fərqi və ya Bakıda əldən gedən birincilik
26.03.2012 - 09:24
Çempionlar Liqasının yekunlarına əsasən turnirin ən yaxşı voleybolçularının adları məlum olub. Apasport.az saytının məlumatına görə, fərqlənənlər arasında çempion “Fənərbaxça”nın 2 oyunçusu 3 nominasiyada birinci olub.
Ən yaxşılar arasında yarışı gümüş medallarla başa vuran “Kann”ın (Fransa) 1, üçüncü olan “Dinamo” (Rusiya) və “Dördlər finalı”nda hər 2 matçda uduzan “Villa Kortese”nin hərəyə 2 voleybolçusu yer alıb.
ÇL-in ən yaxşı voleybolçusu – Kim Yeon-Kounq (Fənərbaxça)
Ən yaxşı blokçu – Mariya Borisenko (Dinamo, Kazan)
Ən yaxşı libero – Paola Kardullo (Kann)
Ən yaxşı top qəbuledən – Cordan Larson (Dinamo, Kazan)
Ən çox xal toplayan - Kim Yeon-Kounq (Fənərbaxça)
Topu ən yaxşı oyuna daxil edən – Makare Vilson (Villa Kortese)
Ən yaxşı toppaylayıcı – Naz Aydəmir (Fənərbaxça)
Ən yaxşı hücumçu – Sarah Pavan (Villa Kortese)
Qeyd edək ki, Bakıda keçirilən “Dördlər finalı”ndan öncə bombardirlər yarışında birinci olan “Azərreyl”in voleybolçusu Polina Rəhimova yekunda 3-cü olub. O ən çox xal toplayan Kim Yeon-Kounqdan (228) 22 xal geri qalıb.

0
0