“Azərbaycanla oyunda komandamı dayandırmaq üçün taym-aut götürdüm”
26.03.2012 - 09:45
“Azərbaycanla oyunda komandamı dayandırmaq üçün taym-aut götürdüm”
“Biz ən yaxşı oyunumuzu göstərmək istəyirdik. Buna görə də heç də yaxşı olmadı”. Apasport.az saytının məlumatına görə, bunu qadın həndbolçulardan ibarət Belarus milli komandasının baş məşqçisi Leonid Brazinski deyib.

Təcrübəli mütəxəssis Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığmasına 33:25 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “İlk dəqiqədən komanda qaçmağa başladı və onları dayandırmaq üçün mən hətta taym-aut götürməli oldum. Lakin yetirmələrimin qaçmağı sevindirici haldır. Məşqlərdə biz müdafiədən hücuma tez keçmək üzərində işləyirdik. Burada səhvlər də var idi. Bunlar qaçılmazdır. Lakin udmaq istəyiriksə, biz bu element üzərində daha yaxşı çalışmalıyıq. Təəssüf ki, Azərbaycanla oyunda bizdə bu az alındı. Top itirmələrimiz də çox idi. Komandanı günahlandırmaq isə çətindir”.

Qeyd edək ki, Belarus millisi ilk matçda komandamıza 31:21 hesabı ilə qalib gəlib.