“Bakı”nı gözləyən cəza bizdə!
23.08.2012 - 15:40
“Bakı”nı gözləyən cəza bizdə!
“Bakı” klubunun CEV kubokuna qatılmayacağı halda, Avropa Voleybol Konfederasiyasına (CEV) ödəyəcəyi cərimənin məbləği bilinib. Apasport.az saytının məlumatına görə, dağılmaq təhlükəsi ilə üzləşən paytaxtın eyni adlı təmsilçisini CEV əsasnaməsinə uyğun olaraq, 7 min avro ziyana düşəcək.

Belə ki, CEV-in qaydalarına əsasən iştirak üçün sifariş verən klub püşkatmadan sonra yarışa qatılmırsa, bu qədər cərimə ödəməlidir. Əgər “Bakı” hələ püşkatmadan əvvəl CEV kubokundan imtina etsə idi, bu məbləğ 5 dəfə az – 1400 avro olacaqdı. Lakin paytaxt klubu avrokuboklara qatılıb, 1/4 finala qədər irəliləsəydi və bundan sonra oynamaqdan boyun qaçırsaydı, cərimə daha yüksək həddə çatacaqdı – 10 min avro.

Bununla yanaşı, komandanı ən azı 3 il avrokuboklardan kənarlaşdırılması da qaçılmaz olacaq. “Bakı”dan əlavə Azərbaycan Voleybol Federasiyası da cəzaya məruz qalacaq. Bunun məbləğini isə CEV açıqlayacaq.

Lakin CEV kubokunun 1/16 final mərhələsində Sloveniya “Maribor”u ilə qarşılaşacaq “Çelenc Cup”ın finalçısının hələ komanda qurmaq üçün kifayət qədər vaxtı var. Çünki “Bakı” ilk matçına oktyabrın 23-25-i aralığında çıxmalıdır.