“Bu gedişlə 2 ildən sonra Azərbaycanda basketbol olmayacaq” - MÜSAHİBƏ
23.08.2012 - 23:01
Son illər basketbol yığmamızda baş menecer vəzifəsində çalışan, millimizin əvvəlcə C, ardından isə B divizionunda uğurla çıxış etməsində böyük zəhmət payı olan Levent Türknas artıq vətəninə dönmək haqda qərar verib. Bunu əməkdaşımızla söhbətində baş menecer özü deyib.
Gələn mövsümdən etibarən Türkiyənin yüksək liqasında çıxış edəcək "Pınar Karşıyaka" klubu ilə anlaşdığını və həmin klubda da baş menecer vəzifəni icra edəcəyini bildirən Türknas Azərbaycan basketbolunun gələcəyi haqda bədbin fikirdədi. O, ölkəmizdə basketbola futbol və voleybol kimi dövlət qayğısının olmamasının bu idman növünün uzağı 2 ilə tamamilə yox olacağına səbəb olacağı qənaətindədi.
- Artıq Avropada hamı Azərbaycanı basketbolda söz sahibi kimi tanımağa başlayıb. Azərbaycan yığması ötən il Avropa çempionatında yüksək səviyyədə çıxış edən Bolqarıstan yığmasının "doğma divarlar" arasında udmaqla bunu bir daha sübut etdi. Təəssüf ki, belə bir yığması olan ölkədə milli çempionatın aşağı səviyyədə olması, yəni dövlət tərəfindən dəstəklənməməsinə görə oyunçular çox pis vəziyyətdədi. Artıq neçə ildi biz ölkə çempionatını keçirmək üçün normal zal tapa bilmirik. Mütləq inkişaf lazımdı. Təsəvvür edin ki, biz ölkə çempionatını standartlara uyğun olmayan zallarda, betonun üzərində keçiririk. Yığmanın oyunları zamanı zalları gəzib yer axtarırıq. Sonda isə bir yer tapıb icarə haqqını ödəyirik. Zalımız olmadığı üçün uşaq və yeniyetmələrin çempionatını da keçirə bilmirik. Azərbaycanda basketbolun inkişaf etməsi üçün eyni ilə futbolda və voleybolda olduğu kimi, övlətin inkişaf proqramı olmalıdı. Hesab edirəm ki, biz milli komandanı müəyyən səviyyəyə gətirmək üçün əlimizdən gələni etdik. Artıq bundan sonra bizə dövlət səviyyəsində dəstək lazımdı. Bunun üçün dövlətin 5-6 illik proqramı olmalıdı ki, uşaq basketbolu ölkədə inkişaf etməyə başlasın. Yalnız belə olduqda həqiqətən də 5-6 ildən sonra Azərbaycanın Avropa səviyyəli basketbol nümayiş etdirə bilən komandası ola bilər. Düzdü, indi xaricdən gələn legioner oyunçuların köməyi ilə Avropada özümüzü sübut etməyə çalışır və uğur qazanırıq. Ancaq lazımdı ki, bu uğrları qazanan basketbolçular elə Azərbaycanın öz içindən çıxsınlar. Bizim ən böyük uğurumuz Azərbaycanın içində basketbolu inkişaf etdirmək olar. Əslində biz bunu istəyirik. Bunun üçünsə bizə yüksək səviyyədə dövlət dəstəyi lazımdır. Heçə ildir ki, məhz bunu gözləyirik.
- Yığmamız hazırda yer aldığı qrupda hansı rəqiblərdən güclü, hansılarındasa zəif hesab edilir?
- Bir baxın, bizim 2-ci turda qalib gəldiyimiz Bolqarıstanın ölkə çempionatında 16 komanda mübarizə aparır. Bu çempionat Avropanın yüksək səviyyəli yarışlarından hesab edilir. Ancaq Azərbaycanın yüksək liqasında cəmi 6 komanda var. Həmin 6 komandanın heyətində isə ölkə yığmasının oyunçuları forma geyinirlər və ayda cəmi 600-700 manat alırlar.
- Bu gedişlə Azərbaycan baketbolunun yaxın gələcəyini necə görürsünüz?
- Belə davam etsə, çox pis. Bu gedişlə 2 ildən sonra Azərbaycanda basketbol öləcək. Çünki bu gün üzdə olan basketbolçulardan Fuad Hiftəliyev, Anar Sarıyev, Tahir Baxşıyev, Zaur Paşayev və sair bu kimi oyunçular yəqin ki, yaxın 1-2 ildən sonra öz oyunçu karyeralarını başa vura vuracaqlar. Bəs, sonra həmin boşalan yerləri kimlər dolduracaq. Axı, hazırda uşaq basketbolu adlarını sadaladığım oyunçuları əvəz edə biləcək səviyyədə deyil. Mütləq basketbola dövlət dəstəyi gərəkdi. Futbola dövlət dəstəyi olduğu üçün futbolçular ayda 5-10 min, basketbolçular isə 5-6 yüz manat maaş alırlar. Bu fərqi görən valideynlər uşaqlarını basketboldan uzaqlaşdırırlar. Hamı istəyir ki, özünə qazanclı iş tapsın. Ona görə də uşaqlar bir az basketbola gələndən sonra valideynləri onların oynamalarını deyil, məktəbdə yaxşı oxumalarını istəyirlər. Çünki bilirlər ki, gələcəkdə basketbolçu olub bu əmək haqqı ilə yaşamaq olmaz.
- Azərbaycandan gedəcəyiniz haqda dolaşan xəbərlər doğrudurmu?
- Bəli. Mən artıq bu haqda qərarımı vermişəm. Hazırda Türkiyənin "Pınar Karşıyaka" klubu ilə anlaşmışam. Həmin klubda da elə baş menecer vəzifəsini icra edəcəm. Mən Azərbaycana çox böyük ümidlərlə gəlmişdim. Və burada basketbolun inkişaf etməsi üçün bacardığımı etdim. Bu gün Azərbaycan yığmasında çıxış edən legionerlər, o cümlədən Çak Devis, Spenser Helson, Medli Keroll, Rasim Başak, Orxan Hacıyev kimi oyunçuların hamısı demək olar ki, mənim şəxsi əlaqələrim sayəsində Azərbaycan yığmasında çıxış edir (Sport Ekspress).

0
0