Yığmamız yenə uduzdu
28.08.2012 - 08:35
Yığmamız yenə uduzdu
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, 1 tur öncə istirahət edən Azərbaycan millisi qrupun favoriti Almaniya yığmasını qəbul edib.

Oyun gözlənildiyi kimi rəqibin üstünlüyü şəraitində keçib. Elxan Əliyevin yetirmələri İsveçin ardınca almanlara da uduzublar. Basketbolçularımız yalnız 3 hissədə rəqibləri ilə başabaş mübarizə aparıblar.

Qrupumuzda baş tutan digər matçda isə İsveç Lüksemburqu 111:74 (27:13, 28:24, 31:16, 25:21) məğlub edib.

Beləliklə, V turdan sonra Azərbaycan İsveç və Bolqarıstanla bərabər 6 xal toplasa da, top fərqinə görə 4 yerə enib. Turnir cədvəlinə isə Almaniya başçılıq edir.

Azərbaycan – Almaniya – 68:85 (15:17, 19:26, 16:16, 18:26)

1.

Almaniya

4

4

0

349-257

8

2.

İsveç

4

2

2

346-312

6

3.

Bolqarıstan

4

2

2

315-311

6

4.

Azərbaycan

4

2

2

336-332

6

5.

Lüksemburq

4

0

4

273-407

4



Qeyd edək ki, yığmamız VI turda Lüksemburqu qəbul edəcək. Oyun avqustun 30-da olacaq.