Svetislav Peşiç: Azərbaycanla oyunda mütləq qalib gəlməli idik
28.08.2012 - 09:37
Svetislav Peşiç: Azərbaycanla oyunda mütləq qalib gəlməli idik
“Biz komanda şəklində Azərbaycana qarşı oynadığımız kimi çıxış etməliyik. Müdafiəmizin inamlı oyunu bizim üçün həlledici oldu”. Apasport.az saytının məlumatına görə, bunu basketbol üzrə Almaniya millisinin baş məşqçisi Svetislav Peşiç deyib.

Təcrübəli mütəxəssis Azərbaycan yığmasına 85:68 hesabı ilə qalib gəldikləri oyuna münasibət bildirib: “Azərbaycandakı istedadlı basketbolçular oyunun gedişində bizə problem yaratmasını istəmirdik. Matçda Fuad Niftəliyev, Zaur Paşayev və Rasim Başakın hücumlarının qarşısını almalı olduq, müdafiədə birgə səylərimiz öz nəticəsini verdi. Azərbaycanla oyunda mütləq qalib gəlməli idik ki, bunun da öhdəsindən gəldik. Mən çox şadam ki, işimizi yaxşı görərək məğlubiyyətsiz irəliləyirik.”