Millimizin məğlubiyyətinin sirri bilindi
28.08.2012 - 09:43
Millimizin məğlubiyyətinin sirri bilindi
“Biz Azərbaycan millisində Çarlz Devislə Rasim Başak və digər dəqiq atış edən basketbolçuları dayandırmalı idik. Onlar çox güclüdürlər və əsas işimiz də həmin oyunçuları zonada zərərsizləşdirmək oldu”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin basketbolçusu Heyko Şafferzik Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla oyundan sonra deyib.

O bildirib ki, 85:68 hesablı qələbə qazanmalarında 3 xallıq atışları dəqiq yerinə yetirmələri həlledici olub: “Mən və bir sıra komanda yoldaşlarım həlledici 3 xallıq atışlar etdik. Bu, son dəqiqələrdə irəli çıxmağımıza imkan verdi. Qələbə bütün komandamızın səyinin nəticəsidir”.