Məşhur komanda Bakıya gəldi
28.08.2012 - 10:14
Məşhur komanda Bakıya gəldi
Rusiyanın məşhur “Uraloçka” klubu Bakıya gəlib. Voleybol Federasiyasından apasport.az saytına verilən məlumata görə, şimal qonşularımızın paytaxtımıza gəlişində əsas məqsəd Avropa çempionatının seçmə mərhələsinə hazırlıqlarını davam etdirən qadınlardan ibarət millimizlə bir neçə yoldaşlıq görüşü keçirməkdir.

Sentyabrın 2-dək Azərbaycanda olacaq əfsanəvi baş məşqçi Nikolay Karpolun komandası yığmamızla birgə təlim-məşq toplanışına da qatılacaq.

Qeyd edək ki, komandalar arasında ilk matçın bu gün baş tutacağı gözlənilir.