“Məğlubiyyətdən dərs götürüb, psixoloji baryeri arxada qoymalıyıq”
28.08.2012 - 10:33
“Məğlubiyyətdən dərs götürüb, psixoloji baryeri arxada qoymalıyıq”
“Almaniyalı oyunçular öz boylarından və fiziki üstünlüklərindən istifadə etdilər. Onlar bununla bizə təzyiq göstərdilər”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin basketbolçusu Orxan Aydın deyib.

İstedadlı oyunçu Avropa çempionatının seçmə mərhələsində Almaniya yığmasına məğlubiyyətin səbəblərini açıqlayıb: “Rəqib səbətlərinə asan yol tapmağımıza imkan vermirdi. Hər 2 komanda sərt oynayırdı. Ancaq almanlar son dəqiqələrdə vacib 3 xallıq atışları dəqiq yerinə yetirdi. Biz isə bunu edə bilmədik. Məğlubiyyətdən dərs götürüb, psixoloji baryeri arxada qoyub, qarşıdakı oyuna hazırlaşmalıyıq”.

Qeyd edək ki, Almaniya basketbolçuları 85:68 hesabı ilə qələbə qazanıblar.