Elxan Əliyev: Məyusam
28.08.2012 - 10:24
Elxan Əliyev: Məyusam
“Məğlubiyyətə görə məyusam. Hiss edirəm ki, fiziki baxımdan çox sərt oynayırdıq”. Apasport.az saytının məlumatına görə, bunu basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyev Avropa çempionatının seçmə mərhələsində Almaniya ilə matçdan sonra deyib.

O, komandamızın 68:85 hesabı ilə uduzmasına baxmayaraq, oyunçularının göstərdiyi əzmkarlıqla fəxr etdiyini deyib: “Onlar matçın istənilən anında təslim olmurdular və xal fərqini azaldırdılar. Hətta oyunun sonunda fərqi 6 topa çatdıra bilmişdilər. Almaniyanın üstünlüyü vardı və onların ehtiyatdan girən oyunçuları da yaxşı oynayırdılar”.