“Azərreyl”dən ayrılıb, Yaponiyaya getdi
28.08.2012 - 11:16
“Azərreyl”in yeni baş məşqçisi Alessandro Çiappinin heyətdə görmək istəmədiyi Paulino De Souza Pereyra özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, son 2 ildə “dəmiryolçular”ın şərəfini qorumuş braziliyalı legioner karyerasını Yaponiyada davam etdirəcək.
32 yaşlı hücumçu “Gündoğar ölkə”nin “Hisamitsu Sprinqs” klubu ilə razılığa gələrək, 1 illik rəsmi müqaviləyə imza atıb.
Qeyd edək ki, Pereyra “Azərreyl”lə “Çelenc Cup”ın qalibi olsa da, Super Liqada uğursuz olub.

0
0