“Əvvəl voleybolçunu adına görə alırdılarsa...”
28.08.2012 - 15:06
Azərbaycan millisinin və “Azərreyl”in sabiq voleybolçusu İnessa Qorxmaz Bakı klublarının son durumunu və ölkəmizdə bu idman növünün populyarlaşmasına münasibət bildirib. Apasport.az saytının məlumatına görə, hazırda agent kimi çalışan 40 yaşlı mütəxəssis bu barədə Rusiyanın məşhur championat.com portalının suallarını cavablandırıb. “Azərreyl”lə “Çelenc Cup”ı qazanan sabiq hücumçu Azərbaycan komandalarının yeni mövsüm üçün əla heyət qurduğu qənaətindədir.
- Azərbaycan klubları hazırkı mövsümlərarası fasilədə yetərincə fəal oldular. Onlar tanınmış oyunçuları, məşqçiləri dəvət etdilər. Bu o deməkdirmi ki, Bakı klubları çox şeyə iddia edəcəklər?
- Ümumiyyətlə, bu il Azərbaycan voleybolunda çox dəyişiklər olub. İstiqamət kardinal olaraq, yenilənib. Bu, ötən illərlə müqayisədə əsas fərqdir. Əvvəl yerli klublar böyük ölçüdə bir-birilə bərabər səviyyədə idilər. Belə götürəndə, hamı hər şeyi bilir, öz aralarında danışır, suallar verirlər. Hansısa eyni addımları atırlar. Mənə elə gəlir ki, bu yay onlar komandanın komplektləşdirilməyinə peşəkar yanaşdılar. Nəticədə heyətləri yetərincə maraqlı oldu. Azərbaycana italiyalı mütəxəssislər gəldi. Onların irəliyə böyük addım atacaqlarını istisna etmirəm. Bu həm çempionata, həm də Avropa turnirlərinə aiddir. Əgər biz əvvəllər yalnız “Azərreyl”lə “Rabitə”ni izləyirdiksə, indi “İqtisadçı” da yetərincə maraqlı komandadır. “Lokomotiv” bu il tamamilə yeni siyasət həyata keçirir. Çempionat güclü olacaq.
- Azərbaycana konkret kimlər dəvət olunub?
- İtaliyalı Alessandro Çiappini gəlib. O, faktiki olaraq, ötən ilki heyəti ilə işləyəcək. Bu oyunçular Polşanın “Atom” klubunda onun rəhbərliyi altında çıxış ediblər. Bundan sonra demək olar, tam heyətlə “Azərreyl”ə üz tutublar. Təbii ki, orada azərbaycanlılar da qalıb. Yerliləri buraxmadılar. Allah eləsin, Oksana Parxomenko tam sağalsın və gözəl ötürmələr versin. Mən bunu çox istərdim. O, hazırda bərpa olunur. Artıq qaça, tullana da bilir. “Rabitə”yə gəlincə, bu klub Serbiya istiqamətindən çəkinib. Orada Zoran Qayiç baş məşqçi idi. İndi Marçello Abbondanzanı dəvət ediblər. O, öz komandasını yığıb və bu da yetərincə maraqlıdır. “Rabitə”yə usta voleybolçular yollanıblar. Baxaq, görək onlar nəyə iddia edəcəklər. Mənə elə gəlir ki, onların da perspektivi çox yaxşıdır. “Rabitə” çox güclü mərkəz oyunçusu – Foluke Akinradevo ilə müqavilə bağlayıb. O, əvvəl Krasnodarda oynayırdı, indi Bakıya köçüb. Ola bilər ki, “Rabitə”nin top qəbulunda hansısa çətinliyi olsun. Ancaq baxarıq, oyunçu seçimi yaxşıdır, əla mütəxəssisləri var. “İqtisadçı” haqda bunu deyə bilərəm ki, çox maraqlı komandaya çevriliblər. Orada Tailanddan həddən çox oyunçular var. Belə şərqə meyllilikləri yaranıb. Nansi Metkalf isə onların hamısının lideridir. Mərkəz oyunçuları ilə bağlı sual var. Ancaq fikrimcə, yaxın vaxtda həll olunacaq. “Lokomotiv” haqda heç nə deyə bilmərəm. Transferlər elə də gurultulu deyil, ancaq pis-yaxşı orta səviyyəlidirlər. Bu il onların büdcəsi elə də böyük deyil. Qaldı “Bakı” ki, bu klub haqda hələ informasiya hələ yoxdur. Bir şey aydındır ki, çempionat çox maraqlı olacaq. Üstəlik, əvəzedici heyətlərin turnirinin təşkili ilə bağlı öhdəçilik var. Onu deyə bilərəm ki, gənc və maraqlı voleybolçular aşkara çıxacaqlar.
- Belə çıxır ki, Azərbaycanda daxili arenada da çox yüksək rəqabət olacaq?
- Məhz belədir. Çox güclü oyunçular gəliblər. Əgər əvvəllər voleybolçunu sadəcə adına görə alırdılarsa, indi səliqəli seçim gedib. Üstəlik, bu il orada işləyəcək məşqçilər çox yaxşı səviyyəyə malikdirlər.
- Azərbaycan klubları koreyalı Kimi əldə etməyi çox istəyirdilər. Həqiqətən keçid baş tuta bilərdi?
- Bəli, bu transfer reallaşa bilərdi. Ancaq hansısa təşkilatı çətinliklər yarandı. Ətraflı bilmirəm. Lakin Kim “Fənərbaxça”da buna görə qaldı.
- Yəqin ki, indi Azərbaycan klubları avrokuboklarda da qarşılarına ən yüksək vəzifələr qoyacaqlar?
- Onlarda həmişə belə olub. Mən bildiyimə görə, Azərbaycanda həmişə Çempionlar Liqasında qələbə, istənilən turnirdə birinci yer haqda danışırlar. Orada digər vəzifələr olmur. Bəlkə yaxşıdır ki, belə istək və iddia var.
- Türkiyə çempionatında liderlər haqda danışsaq, hansısa dəyişikliklər baş verəcək?
- Hər şey ötən mövsümə çox oxşardır. Ola bilər ki, güclərin bölgüsü fərqli olacaq, komandalar bərabərləşəcək. İlk planda “Əczaçıbaşı” qalır. Hərçənd, Rusiyada hamı “Fənərbaxça”nın liderliyi haqda danışmağa öyrəşib. Ancaq hər halda, düşünürəm ki, hamıdan öndə “Əczaçıbaşı” olacaq.

0
0