“İqtisadçı”da daha 2 imza
29.08.2012 - 10:59
“İqtisadçı”da daha 2 imza
“İqtisadçı” daha 2 voleybolçunun keçidini həll edib. Apasport.az saytının məlumatına görə, ötən mövsümü titulsuz başa vuran Bakı təmsilçisi 7 əcnəbinin ardınca 2 azərbaycanlı ilə müqaviləni uzadıb.

Bunlar son 3 mövsümdə universitet komandasının ehtiyat oyunçular skamyasını boş görünməyə qoymayan Elina Abbasova və İndira Abdullayevadır. Onlar daha 1 il “İqtisadçı”nın uğurları üçün çalışacaqlar.

Bu oyunçuların yeni mövsümdə əsas heyətdə yer almaları yenə özlərindən asılı olacaq. Çünki klublarımızda yerli idmançıların olması da vacib məqamlardandır.

Bununla da hələ baş məşqçi məsələsinə aydınlıq gətirməyən komandada voleybolçuların sayı 9-a çatıb. Onlar Abbasova və Abdullayevadan öncə tailandlılar - Vilavan Apinyaponq, Hyafa Amporn, Onuma Sittirak, Pleumjit Zinkaov, Malika Kanzonq, Vanna Buakeva və amerikalı Nansi Metkalfla razılıq əldə olunub.