Milli komandamız “cırtdan”lara qarşı
29.08.2012 - 18:05
Sabah kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində VI turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisi Lüksemburq yığmasını qəbul edəcək.
“Sərhədçi” Olimpiya Mərkəzində keçiriləcək oyunda basketbolçularımızın qələbə qazanacaqları inandırıcıdır. Səfərdə lüksemburqluları məğlub etməklə, tarixində seçmə mərhələdə ilk qalibiyyətini aktivinə yazan millimiz Bakıda da eyni uğuru təkrarlamaq gücündədir. Əgər Elxan Əliyevin yetirmələri gözlənilmədən xal itirərlərsə, bu onlara yekunda baha başa gələ bilər. Əsas məqsədi mərhələ adlamaq olan komandamızın qrupda yenidən ikinci pilləni ələ keçirməsi üçün böyük top fərqi ilə qalib gəlməsi də vacibdir.
Bu qələbə yığmamızı həm də son 2 – İsveç və Almaniya ilə matçlardakı məğlubiyyətini unutdura bilər. Lüksemburq və Bolqarıstana qalib gələn təmsilçimizin bunu asanlıqla bacaracağı isə gözləniləndir.
20:00. AZƏRBAYCAN – LÜKSEMBURQ
Hakimlər: Engin Kennerman (Türkiyə), İqor Demenkov (Rusiya), Sergey Tislenko (Moldova)
Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi
Qeyd edək ki, qrupumuzun digər matçında İsveç Bolqarıstanla qarşılaşacaq.

1. | Almaniya | 4 | 4 | 0 | 349-257 | 8 |
2. | İsveç | 4 | 2 | 2 | 346-312 | 6 |
3. | Bolqarıstan | 4 | 2 | 2 | 315-311 | 6 |
4. | Azərbaycan | 4 | 2 | 2 | 336-332 | 6 |
5. | Lüksemburq | 4 | 0 | 4 | 273-407 | 4 |

0
0