Bundestim qrup qalibi oldu, millimiz 2-ci sırada
06.09.2012 - 08:42
Bundestim qrup qalibi oldu, millimiz 2-ci sırada
Kişi basketbolçulardan ibarət yığmalar arasında AÇ-2013-ün seçmə qrup mərhələsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, B qrupunda yer alan Azərbaycan yığmasının İsveç üzərində qələbə qazandığı gün digər 2 rəqibimiz də üz-üzə gəlib.

Qrupun aşkar favoriti Almaniya Bolqarıstanı məğlub edib – 79:69. Bu qələbədən sonra Bundestim qrupda 1-ci yeri təmin edib. Almaniyalıların qələbəsi millimizin 2-ci pillədə qərarlaşmasına imkan yaradıb. İndi bolqarlardan öndə olan millimiz mərhələ adlamaq imkanını da saxlayıb. Bunun üçün komandamız ya möcüzə edərək Almaniya yığmasını səfərdə məğlub etməlidir, ya da sonda əlavə göstəricilərdə Bolqarıstanla İsveçi üstələmədir.

1. Almaniya 6 6 0 523-393 12
2. Azərbaycan 7 4 3 590-579 11
3. Bolqarıstan 7 3 4 549-552 10
4. İseç 6 3 3 507-465 9
5. Lüksemburq 6 0 6 417-597 6