Yığmamızın baş məşqçisindən qələbə şərhi
06.09.2012 - 11:12
“Mən nəticədən çox razıyam. Bu bizim İsveçlə son 2 ildə 4-cü oyunumuz idi. Nəhayət, bu dəfə qələbə qazana bildik”. Apasport.az saytının məlumatına görə, bunu basketbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elxan Əliyev deyib.
Təcrübəli mütəxəssis 82:76 hesabı ilə qalib gəldiyimiz İsveçlə oyuna münasibət bildirib. Onun sözlərinə görə, top fərqinin istədikləri kimi alınmamasına rəğmən, bu, əla nəticədir: “Əlbəttə, biz daha böyük fərqlə qalib gəlmək istəyirdik, amma bu oyuna görə də şadam. Çünki yetirmələrim sonacan mübarizə apardılar. Biz komanda oyunu oynadıq və heyətində MBA-da çıxış edən Yonas Jerebko kimi dahi basketbolçunun yer aldığı yığmanı məğlub etdik”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0