Tore Aleksandersen: Natalya Məmmədova da bu sıradadır
06.09.2012 - 17:57
Tore Aleksandersen: Natalya Məmmədova da bu sıradadır
“Komandamızın heyətinin ötən seçmə mərhələ ilə müqayisədə dəyişməsinə baxmayaraq, zəif deyilik. Əslində, millimiz indi daha güclüdür”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Tore Aleksandersen deyib.

O, Avropa çempionatının II təsnifat mərhələsindəki rəqibləri – Azərbaycan, Belarus və Avstriyanın gücünü şərh edib. Aleksandersenin sözlərinə görə, əsas rəqabət ilk 2 yığmaya qarşı olacaq: “Bizim gənc voleybolçular öz oyunlarını çox tez tapdılar. Onlar çox istedadlıdırlar. Finlandiyada I dövrədə ən yaxşı oyun keyfiyyətlərini ortaya qoyacaqlar. Fikrimcə, qarşıdakı 2 həftə bizə xoşbəxtlik gətirəcək. Düşünürəm ki, Azərbaycan qrupumuzun favoritidir. Ancaq onların bəzi güclü oyunçularının zədəli olduğunu eşitmişəm. Komandanın ulduzu Natalya Məmmədova da bu siyahıdadır. Belarusla isə ikinci yer uğrunda yarışacağıq. Onların son oyunlarının videolarına baxıb, analiz etmişik”.

Lakin Aleksandersenin iddia etdiyinin əksinə, Məmmədova Finlandiyada meydana çıxa bilər. Çünki hücumçumuz artıq zədəsini sağalıb və bərpa prosesini bitirmək üzrədir.

Qeyd edək ki, Avro-2013-ün II təsnifat mərhələsinin I dövrəsi Finlandiyada, II dövrəsi Azərbaycanda olacaq.