Qing Li Azərbaycan yığmasını fərqləndirdi
07.09.2012 - 08:34
“Bizim rəqiblərimiz barədə çox az məlumatımız var. Azərbaycan, Finlandiya və Belarus barədə yalnız saytlardan informasiya toplamışıq”. Apasport.az saytının məlumatına görə, bunu qadın voleybolçulardan ibarət Avstriya millisinin baş məşqçisi Qing Li deyib.
O, bu gün Finlandiyada start götürəcək Avropa çempionatının II təsnifat mərhələsinə münasibət bildirib. Azərbaycanın digər rəqiblərinin çalışdırıcıları kimi Li də yalnız voleybolçularımızdan çəkindiyini etiraf edib: “Qrupun favoriti Azərbaycandır. Çünki rəqiblərimiz arasında son Avropa çempionatının final mərhələsində iştirak edən yeganə yığma da məhz onlardır. 9-cu yer özü hər şeyi deyir. Həmçinin də orada çox güclü çempionat keçirilir və dünya ulduzları bu ölkənin klublarında çıxış edir”.
Qeyd edək ki, bu gün Azərbaycan ilk matçını məhz Avstriyaya qarşı keçirəcək.

0
0