Üçüncü darmadağın
10.09.2012 - 08:43
Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandası Finlandiya yığması ilə qarşılaşıb.
Faiq Qarayevin yetirmələri ilk 2 oyunda olduğu kimi bu dəfə də matçı 3 setdə bitirib. Millimiz 25:20, 25:12 və 25:11 hesabı ilə qalib gəldiyi setlərlə qrupda skandinaviyalıları darmadağın edib. Bununla da komandamız qrupda maksimum nəticə göstərib. Hər 3 oyunda 3:0 hesabı ilə qalib gələn yığmamız 9 xalı elə 9 setdə qazanıb. C qrupundakı digər oyunda Belarus Avstriyanı 3:0 hesabı ilə məğlub edib.
Turnir cədvəli: Azərbaycan – 9 (9:0), Belarus – 6 (6:4), Finlandiya – 3 (4:6), Avstriya – 0 (0:9).

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0