Yığmamızın taleyi portuqaliyalının əlində
10.09.2012 - 14:01
Yığmamızın taleyi portuqaliyalının əlində
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin son turunu idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, FİBA Avropa Almaniya – Azərbaycan matçını portuqaliyalı Fernando Roçaya tapşırıb. Ona köməkliyi Marçin Kovalski (Polşa) və Mateo Bayot (Belçika) edəcəklər.

Qarşılaşmanın komissarı isə hollandiyalı Edvard De Jagerə olacaq.

Qeyd edək ki, görüş sentyabrın 11-də keçiriləcək.