Bolqarıstanda növbəti məğlubiyyət
10.09.2012 - 14:24
Bolqarıstanda növbəti məğlubiyyət
Bakının “Lokomotiv” voleybol klubu Bolqarıstanda təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Super Liqanın gümüş mükafatçısı Rusiyanın “Ufimoçka” komandası ilə gücünü yoxlayıb.

Az öncə rəqibinə beynəlxalq turnirdə 0:3 hesabı ilə uduzan “dəmiryolçular” bu dəfə qalib gəlməyə yaxın olsalar da, tay-brekdə qələbəni əldən veriblər. Belə ki, ilk seti 18:25 hesabı ilə uduzan voleybolçularımız ardınca 25:23 və 25:21 hesabı ilə “Ufimoçka”nı məğlub ediblər. Lakin bundan sonra ruslar öz oyunlarını tapıblar. Onlar öncə hesabda tarazlıq yaradıb (25:21), sonda isə “Lokomotiv”ə hələ çox məşq etməli olduğunu “deyiblər” – 15:11.

Qeyd edək ki, Bakı təmsilçisi bu il Çempionlar Liqasında oynayacaq.