Rəqibimiz baş məşqçi tapdı
10.09.2012 - 15:04
Rəqibimiz baş məşqçi tapdı
Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsində “Lokomotiv”lə eyni qrupda yer alan Moskva “Dinamo”su baş məşqçi problemini həll edib. Apasport.az saytının məlumatına görə, Rusiya təmsilçisini yeni mövsümdə Svetlana İliç çalışdıracaq. O, son ili İsveçrə “Volero”sunda işləyib.

Xatırladaq ki, “Dinamo”nun baş məşqçisi Sergey Ovçinnikov bir neçə gün öncə intihar etmişdi.