CEV Bakıya 4 ədalət təmsilçisi göndərir
11.09.2012 - 10:03
Qadın voleybolçular arasında Avro-2013-ün II təsnifat mərhələsinin II dövrəsini idarə edəcək hakimlər məlum olub. Apasport.az saytının məlumatına görə, Avropa Voleybol Konfederasiyası (CEV) sentyabrın 14-16-da Bakıda keçiriləcək C qrupunun matçlarını 4 ədalət təmsilçisinə tapşırıb.
Belə ki, Azərbaycan, Finlandiya, Avstriya və Bolqarıstan yığmalarının oyunlarını Katarjina Sokol (Polşa), Nurper Özbar (Türkiyə), Viktor Kozlovski (Ukrayna) və Tiit Köiv (Estoniya) idarə edəcəklər. Onlar günlərdən asılı olaraq, əsas və köməkçi hakim funksiyasını yerinə yetirəcəklər.
Qeyd edək ki, I dövrədən sonra Azərbaycan 9 xalla qrupun vahid lideridir.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0